Liderxeber.az / Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın

Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın

Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın

İyulun 4-ü paytaxtın Yasamal rayonunda baş verən partlayışda ölən yeniyetmə qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.

Liderxeber.az xəbər verir ki, 158 saylı orta məktəbdən məzun olan 2010-cu il təvəllüdlü Zəhra İsrafilova iyulun 5-i ikinci cəhd imtahanında iştirak edəcəkmiş.

Qeyd edək ki, hadisə Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə baş verib. Partlayış nəticəsində Z.İsrafilova həlak olub, daha 3 nəfər xəsarət alıb.

Hadisənin qaz sızmasından baş verməsi ehtimal edilir.

Bu gün, 12:31
Geriyə