Liderxeber.az / Mədəniyyət layihələri üçün qrant müsabiqələrinin keçirilmə qaydası təsdiqlənib

Mədəniyyət layihələri üçün qrant müsabiqələrinin keçirilmə qaydası təsdiqlənib

Mədəniyyət layihələri üçün qrant müsabiqələrinin keçirilmə qaydası təsdiqlənib

Nazirlər Kabineti "Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası"nı təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirilmə məqsədi daşıyır.

Bu gün, 15:42
Geriyə