Liderxeber.az / Sumqayıtda ağır qəza: Xəsarət alanlar var

Sumqayıtda ağır qəza: Xəsarət alanlar var

Sumqayıtda ağır qəza: Xəsarət alanlar var

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 22-də saat 05:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına üç nəfər (iki kişi, bir qadın) hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.

Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bu gün, 10:27
Geriyə