Liderxeber.az / Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda

Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda

Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla 10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində “European Aquatics” (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakımızda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, baş tutmuş və gələcək layihələri müzakirə edəcəklər.

Bu tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkəmizin üzgüçülük və digər su idman növləri aləmində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu gün, 12:55
Geriyə