Liderxeber.az / Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin banklardakı əmanətləri artıb

Əhalinin banklardakı əmanətləri artıb

Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 2026-cı il may ayının 1-nə milli valyuta ekvivalentində 17641,9 milyon manat təşkil edib.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, əmanətlərin 70,3 faizi milli, 29,7 faizi xarici valyutada qoyulub. Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 6,3 faiz artıb.

Bu gün, 13:39
Geriyə