Liderxeber.az / Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

“Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.

Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb”, - deyə məlumatda qeyd edilib.

Bu gün, 18:09
Geriyə