Liderxeber.az / Qızıl ucuzlaşmaqda davam edir

Qızıl ucuzlaşmaqda davam edir

Qızıl ucuzlaşmaqda davam edir

"Comex" birjasında 2026-cı ilin avqust ayında tədarük ediləcək qızıl füçerslərinin dəyəri 23 mart 2026-cı ildən bəri ilk dəfə bir troya unsiyası üçün 4 200 dollardan aşağı enib.

Liderxeber.az xəbər verir ki, bu barədə ticarət platforması məlumat yayıb. Bakı vaxtı ilə 06:33-ə olan göstəricilərə əsasən, qızılın qiyməti 3.79 faiz azalaraq hər unsiyası üçün 4 198.2 dollar səviyyəsinə düşüb.

Bakı vaxtı ilə 06:38-də isə fyuçersin qiyməti ucuzlaşma tempini yavaşladaraq bir troya unsiyası üçün 4 207 dollar (-3,58%) həddində qərarlaşıb.

Bu gün, 09:13
Geriyə