Güclü yağış Altıağac yolunu yararsız hala salıb.
Liderxeber.az xəbər verir ki, ölkə ərazisində yağan güclü yağışlar nəticəsində Xızıda yerləşən Altıağac Milli Parkına gedən asfalt yol ciddi zədələnib.
Yol örtüyündə böyük çatlar, çökmələr və deformasiyalar yaranıb.
Yolun bəzi hissələrində təhlükəli vəziyyət formalaşıb. Yerli sakinlərin və bölgəyə səfər edənlərin sözlərinə görə, yağıntılar torpaq sürüşmələri və yol əsasının dağılması ilə nəticələnib.
Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyəti qiymətləndirəcəyi və bərpa işlərinin aparılacağı gözlənilir.
Qeyd edək ki, Altıağac Milli Parkı bölgənin turizm və ekoturizm baxımından əhəmiyyətli istiqamətlərindən biri hesab olunur.