Liderxeber.az / Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 10-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən LiderXəbər-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

10-09-2023, 11:03
Geriyə