Liderxeber.az / Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri

Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri

Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri

Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.

Rəngarəng bayram proqramı çərçivəsində uşaqlar müxtəlif oyun elementlərindən istifadə edərək xoş və yaddaqalan anlar yaşayıblar.

Proqram çərçivəsində uşaqlara nahar süfrəsi qurulub, onlarla xatirə şəkilləri çəkilib və asudə vaxtlarının səmərəli keçməsi məqsədilə müxtəlif əyləncəli fəaliyyətlər icra edilib.
 
Şəhid ailələrinin üzvləri və qazilər göstərilən hərtərəfli diqqət, mənəvi dəstək və daimi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təşkilatçılar vurğulayıblar ki, tədbirin əsas məqsədi şəhid və qazi ailələrinin övladlarına diqqət və qayğı göstərmək, onların bayram sevincini bölüşməkdir.

Tədbirin sonunda balacalara müxtəlif bayram hədiyyələri təqdim olunub.
 
Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata keçirilməsini davam etdirir.

Dünən, 11:26
Geriyə