Liderxeber.az / Pərviz Sədrəddinov Səfərbərlik Xidmətinə sözçü təyin olunub

Pərviz Sədrəddinov Səfərbərlik Xidmətinə sözçü təyin olunub

Pərviz Sədrəddinov Səfərbərlik Xidmətinə sözçü təyin olunub

Pərviz Sədrəddinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi təyin olunub.

LiderXəbər-in xəbərinə, bu barədə o özü facebook hesabında məlumat verib.

"Dostlar bu gündən fəaliyyətimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi vəzifəsində davam etdirəcəm.

Hərbi təməl islahatlarının başlandığı və uğurla davam etdiyi bir dövrdə bu vəzifəyə təyinatım məsuliyyəti birə-beş artırır. Çalışacam Dövlət Xidmətinin rəhbərliyinin mənə göstərdiyi bu etimadı doğruldum.

Hörmətli media nümayəndələri! Dövlət Xidməti ilə bağlı hər hansı bir sorğunuz olarsa, mənə yönəldə bilərsiniz. Əvvəlki illərdə olduğu kimi yenə sizlərin dəstəyinə ümidvaram. Axı bu artıq hər hansı bir kommersiya qurumunun inkişafı demək deyil, qalib dövlətin təməli olan ordu quruculuğuna verilən dəstəkdir. Əminəm ki, bu strateji məsələdə birlikdə uğurlara imza atacağıq".

Qeyd edək ki, P. Sədrəddinov bundan əvvəl 7 il "Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri kimi çalışıb.

28-07-2023, 21:32
Geriyə