Liderxeber.az / Əlilliyi olan 40,6 min uşağa reabilitasiya xidmətləri göstərildi

Əlilliyi olan 40,6 min uşağa reabilitasiya xidmətləri göstərildi

Əlilliyi olan 40,6 min uşağa reabilitasiya xidmətləri göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 40,6 min uşağa xidmətlər göstərilib.

Liderxeber.az xəbər verir ki, onlardan 27,4 mini ambulator, 2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

25-12-2025, 16:09
Geriyə