Liderxeber.az / Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanmanın bağlanma səbəbi bilindi

Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanmanın bağlanma səbəbi bilindi

Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanmanın bağlanma səbəbi bilindi

Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı - Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən parklanma zonasına girişin məhdudlaşdırılmasının səbəbi məlum olub.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verib.

Qurumdan bildirilib ki, hazırda Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşasına hazırlıq işləri görülür:

:İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək".

12-12-2025, 14:51
Geriyə