Liderxeber.az / Klinikada iynə vurulan qadın öldü

Klinikada iynə vurulan qadın öldü

Klinikada iynə vurulan qadın öldü

Sumqayıtda klinikalardan birində ölüm qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, hadisə ötən gün saat 11 radələrində şəhərdəki 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı Ailə Sağlamlıq Klinikasında baş verib.

Belə ki, Sumqayıt sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova klinikada ona vurulan iynənin təsirindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

26-11-2025, 11:25
Geriyə