Liderxeber.az / Musiqi məktəblərinə qəbul nəticələri elan olunub

Musiqi məktəblərinə qəbul nəticələri elan olunub

Musiqi məktəblərinə qəbul nəticələri elan olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Liderxeber.az xəbər verir ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

6-09-2025, 12:28
Geriyə