Liderxeber.az / BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb

BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb

BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 11 milyon dollar ayırıb

2020-ci il münaqişəsindən sonra BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım məqsədilə 11 milyon dolların səfərbər edilməsinə yardım edib.

Liderxəbər xəbər verir ki, bunu Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevka deyib. O, BMT-nin Azərbaycan ofisinin 1999-cu ildən bəri ANAMA ilə tərəfdaşlıq etdiyini xatırladıb.

“Avropa İttifaqının (AI), Böyük Britaniya hökumətinin, digər tərəfdaşların və BMT-nin daxili resurslarının maliyyə dəstəyi ilə üç BMT agentliyi - BMTİP, UNICEF və BMT QAK instusional gücləndirmə, texniki təcrübənin təmin edilməsi və partlayıcı sursat riski ilə bağlı təhsil vasitəsilə ANAMA-nın mina fəaliyyəti səylərini dəstəkləyir. Azərbaycan da daxil olmaqla minala məruz qalmış ölkələrdə mina fəaliyyəti dayanıqlı inkişaf və davamlı sülh üçün fundamental tələbdir”, - Vladanka Andreyevka deyib.

25-05-2023, 13:53
Geriyə