Liderxeber.az / Bakıda əlində bıçaq avtobusda dəhşət saçan qadın saxlanıldı

Bakıda əlində bıçaq avtobusda dəhşət saçan qadın saxlanıldı

Bakıda əlində bıçaq  avtobusda dəhşət saçan qadın saxlanıldı

Bakıda avtobusda dəhşət saçan əlibıçaqlı qadının şəxsiyyəti müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı - polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bakıda avtobusa əlibıçaqlı qadın sərnişin daxil olub.

Liderxeber.az-ın məlumatına görə, qadın digər sərnişinlərin qorxuya düşməsinə səbəb olub.

Belə ki, sərnişinlərin çoxu bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

20-05-2025, 10:59
Geriyə