Liderxeber.az / Yeni hava limanı ilə bağlı qərar dəyişib

Yeni hava limanı ilə bağlı qərar dəyişib

Yeni hava limanı ilə bağlı qərar dəyişib

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.

Liderxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir:

“Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.

5-05-2025, 12:39
Geriyə