Liderxeber.az / TƏBİB modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayını açıqlayıb

TƏBİB modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayını açıqlayıb

TƏBİB modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayını açıqlayıb

Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir.

Bu barədə TƏBİB-dən bildirilib:

"Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur".

TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb.

"Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir", - deyə cavabda bildirilib.

Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.

11-05-2023, 10:00
Geriyə