Liderxeber.az / Yazın ilk meyvəsi çiyələyin faydaları

Yazın ilk meyvəsi çiyələyin faydaları

Yazın ilk meyvəsi çiyələyin faydaları

Yaz aylarının ən ləzzətli meyvələrindən biri olan çiyələk sağlamlıq üçün çox faydalıdır.

Liderxeber.az xəbər verir ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur.

Digər meyvələr kimi vitaminlər, minerallar, lif və antioksidant xüsusiyyətlərə malik birləşmələrlə zəngindir. Tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini dəstəkləyir və infeksiyalardan qoruyur. Tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və bağırsaq hərəkətlərini tənzimləyir.

3-04-2025, 10:28
Geriyə