Liderxeber.az / Yeni ildə çıxışına görə 6 milyon alacaq - Siyahı

Yeni ildə çıxışına görə 6 milyon alacaq - Siyahı

Yeni ildə çıxışına görə 6 milyon alacaq - Siyahı

Türkiyəli ifaçıların Yeni il konsertlərinə görə alacaqları qonorarların məbləği açıqlanıb.

LiderXəbər “Hürriyet”ə istinadən xəbər verir ki, birinci pillədə superstar Ajda Pekkan qərarlaşıb. O, çıxışına görə 6 milyon lirə (358 877 AZN) alacaq.

Müğənni Kenan Doğulunun Yeni il gecəsi 3 saatlıq proqram üçün tələb etdiyi rəqəm 5 milyon lirədir (299 064 AZN).

2024-cü ili Ebru Gündeşlə qarşılamaq istəyən bir məkanın sənətçiyə 4,5 milyon lirə (269 157 AZN) ödəməsi lazımdır.

Edis, Hadise, Sibel Can, Sıla, Sertab Erener hər biri çıxışına görə 4 milyon lirə (239 251 AZN), Gülşen, Yıldız Tilbe və Murat Boz isə 3,5 milyon lirə (209 344 AZN) istəyir.


6-11-2023, 11:06
Geriyə