Liderxeber.az / Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub

Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub

Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub

Dünən vəfat edən tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub.

LiderXəbər xəbər verir ki, əvvəlcə mərhumla Buzovna qəsəbəsindəki evində vida mərasimi keçirilib.

Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib.

Vida mərasimi bitdikdən sonra mərhumun cənazəsi Buzovnadakı "Əli ayağı" qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.


6-01-2024, 14:20
Geriyə