Liderxeber.az / Tanınmış alim Arif Acaloğlu Bakıda yol qəzasında həlak olub, hadisəni KTM-in şöbə müdiri törədib

Tanınmış alim Arif Acaloğlu Bakıda yol qəzasında həlak olub, hadisəni KTM-in şöbə müdiri törədib

Tanınmış alim Arif Acaloğlu Bakıda yol qəzasında həlak olub, hadisəni KTM-in şöbə müdiri törədib

Bakıda tanınmış alim yol qəzasında həlak olub.

LiderXəbər xəbər verir ki, professor Arif Acaloğlu yol qəzasında həlak olub.

Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü "Mercedes" markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.

16-11-2023, 12:47
Geriyə