Liderxeber.az / Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azad olunmuş ərazilərdə dəmir yolu xətlərinin keçdiyi sahələrdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Ötən il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin keçdiyi ərazilər də daxil olmaqla 53 min hektardan çox sahə minalardan təmizlənib.

ADY-dən LiderXəbər-ə  verilən məlumata görə, hesabat dövründə qeyd olunan ərazilərdə 8 500-dən çox mina zərərsizləşdirilib.

“İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə bərpa və yenidənqurma işləri sürətlənir, soydaşlarımızın doğma yurd-yuva həsrəti getdikcə sona çatır”, - məlumatda qeyd olunur.

4-04-2024, 16:15
Geriyə