Liderxeber.az / Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Bu ilin 10 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032,8 mln. kVt-saat olub.

LiderXəbər xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Melumata görə, ixrac 2357,1 mln. kVt-saat, idxal isə 190,1 mln. kVt-saat səviyyəsində olub.

“Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032.8 mln. kVt-saat, ixrac 2357.1 mln. kVt-saat, idxal isə 190.1 mln. kVt-saat olub”, - paylaşında qeyd olunur.

Bildirilir ki, yanvar-oktyabr aylarında İES-lər üzrə 22 213.8 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.


16-11-2023, 09:00
Geriyə