Liderxeber.az / Bank kartlarında problem yarandı - Yenilənib

Bank kartlarında problem yarandı - Yenilənib

Bank kartlarında problem yarandı - Yenilənib

Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib. 

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – məlumatda qeyd olunub.

Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu ünvanlamışıq.

***

Bundan başqa, hazırda “Expressbank” və “AccessBank”da da bənzər problem yaranıb.

Bu gün, 15:33
Geriyə