Liderxeber.az / Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir.

Liderxəbər Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyun ayında inflyasiya 38,21%-ə kimi azalıb. Ötən ay bu rəqəm 39,59% təşkil etmişdi.

Qeyd edək ki, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,92%, 2022-ci ilin dekabr ayına görə isə 19,77%-ə kimi azalıb.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.

5-07-2023, 12:00
Geriyə