Liderxeber.az / Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri 2 milyard 740.7 milyon manat təşkil edib.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6.7% artım deməkdir.

Qeyd olunan dövrdə göstərilən xidmətlərin ümumi dəyərinin 72.6%-i əhali tərəfindən istehlak olunub.

Sahə üzrə əldə edilən gəlirin 34%-i, yəni 932.3 milyon manatı mobil telefon rabitəsi xidmətlərinin payına düşüb.

3-11-2025, 09:39
Geriyə