Liderxeber.az / Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib

Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib

Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib

“Azərreyl”in çimərlik voleybolu üzrə kişilərdən ibarət komandası klublararası Avropa Kubokunda (Beach Volley European Cup) Fransanın “Re Beach” kollektivini iki oyunda məğlub edib.

Liderxeber.az-ın məlumatına görə, təmsilçimiz Monpelye şəhərində baş tutan turnirdə meydan sahiblərini hər iki qarşılaşmada 2:1 hesabı ilə üstələyib.

Daha əvvəl “Azərreyl”in qadınlardan ibarət kollektivi Avstriyanın “Berqstrand Beachvolleyball” klubuna iki matçda da şans verməyib - 2:0.

Kişilər və qadınlardan ibarət komandalarımız bu gün Sloveniya təmsilçisi “BVC Ludus” ilə üz-üzə gələcəklər.

11-10-2024, 10:27
Geriyə