Liderxeber.az / "Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Aaron Van-Bissaka digər Premyer Liqa komandası "Vest Hem"ə transfer olunacaq.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı ingiltərəli müdafiəçi üçün 15 milyon funt-sterlinq ödəyəcək.

Futbolçu bu gün tibbi müayinədən keçəcək və yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinən Van-Bissaka 2023/2024 mövsümündə meydana çıxdığı 30 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

12-08-2024, 14:07
Geriyə