Liderxeber.az / Azərbaycan təmsilçisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Liderxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də keçiriləcək “Slaviya” (Çexiya) – “Union” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.

Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək matçı almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.

5-08-2024, 10:43
Geriyə