Liderxeber.az / Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq

Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq

Azərbaycan millisi Avropa çempionatında bu gün Gürcüstanla qarşılaşacaq

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxacaq.

Liderxeber.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşacaq.

Görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.

24-07-2024, 09:43
Geriyə