Liderxeber.az / Qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Liderxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.

Komanda Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

10-07-2024, 15:38
Geriyə