Liderxeber.az / Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Almaniya futbol üzrə Avropa Çempionatı ərəfəsində sərhəd boyunca təhlükəsizlik tədbirlərini gücləndirir.

Liderxeber.az-ın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Nensi Fezer bildirib. O deyib ki, bunda əsas məqsəd radikal islamçı qruplaşmaların çempionatın gedişində törədə biləcəyi terror-təxribat əməllərinin qarşısını almaqdan ibarətdir. Nazirin sözlərinə görə, ölkəsinin müraciəti əsasında qonşu dövlətlərdən 580 polis əməkdaşı da təhlükəsizlik tədbirlərinə cəlb olunacaq.

Qeyd edək ki, 14 iyun -14 iyul tarixlərində Almaniyada futbol üzrə Avropa Çempionatı keçiriləcək.

7-06-2024, 14:52
Geriyə