Liderxeber.az / Əfsanəvi məşqçi dünyasını dəyişib

Əfsanəvi məşqçi dünyasını dəyişib

Əfsanəvi məşqçi dünyasını dəyişib

Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blajeviç dünyasını dəyişib.

LiderXəbər xəbər verir ki, o, bu gün vəfat edib. İki gün sonra, fevralın 10-da təcrübəli mütəxəssisin 88 yaşı tamam olacaqdı.

Qeyd edək ki, onun məşqçilik karyerası 1968- 2015-ci illəri əhadə edib. Blajeviç bir çox klubla yanaşı, 1994-2000-ci illərdə Xorvatiya millisini də çalışdırıb. Onun rəhbərliyi altında komanda "Avro 1996"da 1/4 finala çıxıb, 1998-ci il dünya çempionatında isə heyətində Davor Şuker, Robert Prosineçki, Zvonimir Boban kimi oyunçuların yer aldığı Xorvatiya bürünc medal qazanıb.

8-02-2023, 14:16
Geriyə