Liderxeber.az / "Beşiktaş" məğlub olub, "Fənərbaxça"dan növbəti qələbə

"Beşiktaş" məğlub olub, "Fənərbaxça"dan növbəti qələbə

"Beşiktaş" məğlub olub, "Fənərbaxça"dan növbəti qələbə

UEFA Konfrans Liqasında III turun oyunları keçirilib.

LiderXəbər xəbər verir ki, Türkiyə klubları fərqli nəticələr göstəriblər.

"Fənərbaxça" qrup mərhələsində ardıcıl 3-cü qələbəsini qazanıb. Komanda "Ludoqorets"i 3:1 hesablı ilə məğlub edib.

"Beşiktaş"ın uğursuz çıxışı davam edir. Komanda bu dəfə səfərdə "Bude-Qlimt"ə uduzub. Bu məğlubiyyətdən sonra istanbullular qrupda sonuncu pillədə qərarlaşıblar.

Konfrans Liqası, qrup mərhələsi
III tur
26 oktyabr
A qrupu
20:45 “Lill” – “Slovan” - 2:1
20:45 “Klaksvik” – “Olimpiya” - 3:0
“Lill” – 7, “Slovan” – 6, Klaksvik” – 6, “Olimpiya” – 0 xal.

B qrupu
20:45 “Gent” – “Breydablik” - 5:0
23:00 “Zarya” – “Makkabi” – təxirə salınıb
“Gent” – 7, “Zarya” – 4, “Makkabi” –“ 3, Breydablik” – 0 xal.

C qrupu
20:45 “Ballkani” – “Astana” - 1:2
23:00 “Dinamo” (Zaqreb) – “Viktoriya” - 0:1
“Viktoriya” – 9, Dinamo” (Zaqreb) – 3,“Ballkani” – 3,“Astana” – 3 xal.

D qrupu
20:45 “Luqano” – “Brügge” - 1:3
23:00 “Bude-Qlimt” – “Beşiktaş” - 3:1
“Brügge” – 7, “Bude-Qlimt” – 4, “Luqano” – 4, “Beşiktaş” – 1 xal.

E qrupu
20:45 “Alkmaar” – “Aston Villa” - 1:4
23:00 “Zrinski” – “Legiya” - 1:2
“Legiya” – 6, “Aston Villa” – 6, “Zrinski” – 3, “Alkmaar” – 3 xal.

F qrupu
23:00 “Fiorentina” – “Çukariçki” - 6:0
23:00 “Genk” – “Ferentsvaroş” - 0:0
“Fiorentina” – 5, “Ferentsvaroş” – 5, “Genk” – 5, “Çukariçki” – 0 xal.

G qrupu
23:00 “Ayntraxt” – “Helsinki” - 6:0
23:00 “Aberdin” – PAOK - 2:3
PAOK – 9, “Ayntraxt” – 6, “Helsinki” – 1, “Aberdin” – 1 xal.

H qrupu
20:45 “Fənərbaxça” – “Ludoqorets” - 3:1
23:00 “Spartak” (Trnava) – “Norşelland” - 0:2
“Fənərbaxça” – 9, “Norşelland” – 6, “Ludoqorets” – 3, “Spartak” (Trnava) – 0 xal.


27-10-2023, 10:16
Geriyə