Liderxeber.az / "Fənərbaxça" son 22 ilin rekorduna imza atıb

"Fənərbaxça" son 22 ilin rekorduna imza atıb

"Fənərbaxça" son 22 ilin rekorduna imza atıb

"Fənərbaxça" son 22 ilin rekorduna imza atıb.

LiderXəbər xəbər verir ki, öz meydanında "Hatayspor"u 4:2 hesabı ilə məğlub edən komanda qol seriyasını davam etdirib.

Evdə oynadığı son 12 matçda ikidən çox qol vuran "Fənərbaxça" 22 il sonra belə məhsuldarlığa imza atıb. İstanbullular sonuncu dəfə 2000/01 mövsümündə belə uğurlu seriyaya nail olub.

Qeyd edək ki, "sarı-lacivərdlilər” cari mövsümdə Super Liqanın 2 fərqli matçının ilk yarısında 3 qol vuran yeganə komandadır.


23-10-2023, 17:47
Geriyə