Liderxeber.az / “Bayer 04”ün hücumçusu “Qarabağ”la oyuna hazır olacaq

“Bayer 04”ün hücumçusu “Qarabağ”la oyuna hazır olacaq

“Bayer 04”ün hücumçusu “Qarabağ”la oyuna hazır olacaq

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyuna hazır olacaq.

LiderXəbər-in “Report”a istinadən məlumatına görə, çexiyalı hücumçu zədəsini sağaldıb.

Sonuncu dəfə martda yaşıl meydanlara çıxan 27 yaşlı forvard artıq kollektivlə birlikdə məşqlərə qatılır. Məşqçilər korpusu hətta bu həftəsonu Bundesliqanın VIII turunda “Volfsburq”la keçiriləcək səfər matçında da onun xidmətindən yararlana bilər.

Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da Leverkuzendəki “Bay-Arena”da keçiriləcək.

20-10-2023, 12:15
Geriyə