Liderxeber.az / Messi tarixi rekorda imza atıb

Messi tarixi rekorda imza atıb

Messi tarixi rekorda imza atıb

Lionel Messi Argentina millisində növbəti dubluna imza atıb.

LiderXəbər xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsinin Peru ilə qarşılaşmasında fərqlənib.

Messinin qolları komandasına 2:0 hesablı qələbə qazandırıb. Bununla da forvard dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələlərindəki qol sayında rekord vurub. 31-ci dəfə fərqlənən Messi uruqvaylı Luis Suaresi arxada qoyub.

Qeyd edək ki, argentinalı ulduz dünya çempionatlarının seçmə mərhələlərinin ümumi bombardirləri siyahısında 4-cüdür. Rekord isə qvatemalalı Karlos Ruisə məxsusdur – 39 qol. Kriştiano Ronaldo (Portuqaliya) 36, Əli Daei (İran) 35 dəfə fərqlənib.

18-10-2023, 11:30
Geriyə