Liderxeber.az / "Qarabağ"dan yeni transfer bombası: Gənc braziliyalı hücumçu yoldadır - foto

"Qarabağ"dan yeni transfer bombası: Gənc braziliyalı hücumçu yoldadır - foto

"Qarabağ"dan yeni transfer bombası: Gənc braziliyalı hücumçu yoldadır - foto

"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir və hazırda 21 yaşlı braziliyalı forvard Daniel Troiano ilə rəsmi müqavilə imzalamaq istiqamətində fəal danışıqlar aparır.

Liderxeber.az xəbər verir ki, bu transferin yaxın vaxtlarda reallaşma ehtimalı olduqca yüksək qiymətləndirilir.

Verilən məlumatlara görə, rəsmi müqavilə ilə Braziliyanın "Fortaleza" klubuna məxsus olan hücumçu geridə qalan mövsümü "Floresta" komandasının heyətində keçirib. Forvardın "Fortaleza" ilə olan müqaviləsinin müddəti isə iyulun 18-də rəsmən başa çatacaq.

Məhz bu səbəbdən gənc futbolçunun Ağdam təmsilçisinin sıralarına azad agent statusunda qoşulacağı gözlənilir.

Qarabağdan yeni transfer bombası: Gənc braziliyalı hücumçu yoldadır - FOTO

Bu gün, 12:51
Geriyə