Liderxeber.az / “Barselona”nın futbolçusu PSJ-yə keçir

“Barselona”nın futbolçusu PSJ-yə keçir

“Barselona”nın futbolçusu PSJ-yə keçir

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele Fransa PSJ-sinə keçir.

LiderXəbər xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 26 yaşlı vinger Paris təmsilçisi ilə 5 illik müqaviləni razılaşdırıb. Oyunçu bu barədə kataloniyalıları da məlumatlandırıb. Tezliklə klublar arasında razılığın əldə olunması gözlənilir.

Qeyd edək ki, Usman Dembele 2022/2023 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

31-07-2023, 09:16
Geriyə