Liderxeber.az / Millimiz ilk qələbəsini qazandı

Millimiz ilk qələbəsini qazandı

Millimiz ilk qələbəsini qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.

Liderxeber.az xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb - 21:8.

İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

13-03-2026, 17:15
Geriyə