Liderxeber.az / "Nyukasl Yunayted"in oyunçusu Premyer Liqanın tarixinə düşdü

"Nyukasl Yunayted"in oyunçusu Premyer Liqanın tarixinə düşdü

"Nyukasl Yunayted"in oyunçusu Premyer Liqanın tarixinə düşdü

"Nyukasl Yunayted"li Harvi Barnsın İngiltərə çempionatının XXI turunda "Lids Yunayted"lə oyunun 102-ci dəqiqəsində (101:48) vurduğu qol Premyer Liqa tarixində bu cür məlumatların saxlanmasına başlanılmasından (2006/2007 mövsümündən) bəri ən son qələbə qolu olub.

Liderxeber.az xəbər verir ki, bu barədə "OptaJoe X" məlumat yayıb.

Qeyd edək ki, Barnsın 102-ci dəqiqədə vurduğu qolun hesabına "Nyukasl Yunayted" rəqibini 4:3 hesabı ilə məğlub edib.

Hazırda "Nyukasl" turnir cədvəlində 32 xalla altıncı, "Lids" isə 22 xalla 16-cı yerdədir.

8-01-2026, 11:05
Geriyə