Liderxeber.az / Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verib

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verib

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verib

Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/16 finalında qələbə qazanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

63.5 kiloqram çəkidə Maqsud Xasmetov ruandalı rəqibi Pasifik Niyonzimanı nokautla məğlub edib. O, 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) qarşılaşacaq.

71 kiloqram çəkidə Sərxan Əliyev isə keniyalı Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə rinqə çıxacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

8-12-2025, 10:52
Geriyə