Liderxeber.az / Qadınların çəkicatma yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi günü uğurla başa vurub

Qadınların çəkicatma yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi günü uğurla başa vurub

Qadınların çəkicatma yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi günü uğurla başa vurub

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarında ilk sessiya başa çatıb.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının bu gün qüvvəsini sınayan son təmsilçisi Anna Skidan olub.

Qadınların çəkicatma yarışlarında mübarizə aparan təmsilçimiz günü uğurla başa vurub. O, 71,69 m nəticə göstərib. Bu, Annanın mövsümdə ən yaxşı nəticəsidir.

Skidan bu nəticə ilə 3-cü divizionun qalibi olub. O, yığmamızın ilk yarış günündəki ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.

20-06-2023, 15:30
Geriyə