Liderxeber.az / Məhəmməd Salah Çempionlar Liqasında unikal nailiyyətə imza atdı

Məhəmməd Salah Çempionlar Liqasında unikal nailiyyətə imza atdı

Məhəmməd Salah Çempionlar Liqasında unikal nailiyyətə imza atdı

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqası tarixində ilk dəfə olaraq İngiltərə komandasının tərkibində matçın ilk 6 dəqiqəsində qol vuran və məhsuldar ötürmə verən ilk oyunçu kimi unikal nailiyyətə imza atıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "OptaJoe" məlumat yayıb.

Ötən gün, sentyabrın 17-də Çempionlar Liqasının ilk turunda "Liverpul" "Atletiko Madrid"i məğlub edib. "Qırmızılar" matçın cəmi altı dəqiqəsində 2:0 öndə olublar. Salah əvvəlcə Endryu Robertsona assist edib, sonra isə özü qol vurub.

"Enfild" stadionunda keçirilən görüş Arne Slotun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

18-09-2025, 13:42
Geriyə