Liderxeber.az / "Neftçi" klubunda yeni təyinat

"Neftçi" klubunda yeni təyinat

"Neftçi" klubunda yeni təyinat

Yeni mövsümdə "Neftçi"nin Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.

Liderxeber.az xəbər verir ki, mövsümlərarası fasilədə Cemal Bülbüllə yolları ayıran "ağ-qaralar" bu dəfə də türkiyəli mütəxəssislə anlaşıblar.

Tolqa Şanbay "ağ-qaralar"ın akademiyasının yeni koordinatoru təyin olunub.

Qeyd edək ki, 45 yaşlı Şanbay karyerası ərzində "Altınordu", "Kayserispor", "BB Erzurumspor" kimi klublarda koordinator kimi çalışıb.

11-08-2025, 16:33
Geriyə