Son Xəbərlər
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və

Olavio Juninyo geri qayıdır?

29 avq 2025, 11:29
Olavio Juninyo geri qayıdır?

"Flamenqo"da istədiyi oyun praktikasını qazana bilməyən Olavio Juninyo karyerasını yenidən "Qarabağ"da davam etdirə bilər.

Liderxeber.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı hücumçu ilə danışıqları yenidən aktivləşdirib. "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi bu transferin reallaşması üçün əsas səbəblərdən biri hesab olunur.

"Flamenqo"nun baş məşqçisi Filipe Luis də son açıqlamalarında komandanın güclü heyətə malik olduğunu, bu səbəbdən bəzi futbolçuların ayrılmasının qaçılmaz ola biləcəyini dilə gətirib. Çempionatda 25 oyunda meydana çıxan, lakin cəmi üç qola imza atan Juninyo da ayrılığa ən real namizədlərdən sayılır.

Qeyd edək ki, braziliyalı forvard bu ilin əvvəlində 5 milyon avro qarşılığında "Qarabağ"dan "Flamenqo"ya keçmişdi. Hazırda oyunçu Ağdam klubuna qayıtmaqda maraqlıdır. Azərbaycan çempionu futbolçunu icarəyə götürmək istəyir, amma Braziliya klubu onu birdəfəlik transferə çıxarmağa çalışır. Tərəflər maliyyə məsələlərində razılığa gələrsə, keçid baş tuta bilər.