Liderxeber.az / İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı

İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı

İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı

İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Cenin bölgəsində antiterror əməliyyatına başlayıblar.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib.

"SAXAL və İsrail Sərhəd Polisi Cenində terrorla mübarizə əməliyyatına başlayıb", - deyə məlumatda bildirilib.

Əməliyyatın "Dəmir divar" adını aldığı qeyd edilib.

Bu fonda Fələstinin "İslami Cihad" hərəkatının silahlı qanadı olan "Saraya əl-Qüds" yəhudi dövlətinin İordan çayının qərb sahilində bir neçə istiqamətdə hücumlarının dəf edildiyini bəyan edib.

21-01-2025, 17:45
Geriyə