Liderxeber.az / Almaniyanın yeni müdafiə naziri fəaliyyətə başlayıb

Almaniyanın yeni müdafiə naziri fəaliyyətə başlayıb

Almaniyanın yeni müdafiə naziri fəaliyyətə başlayıb

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Bundestaqda and içərək fəaliyyətə başlayıb.

Bu barədə "Report" Almaniya KİV-lərinə istinadən xəbər verir.

Xatırladaq ki, o, bu vəzifəyə yanvarın 17-də Kristin Lambrext istefa verdikdən sonra təyin edilib.

B.Pistorius 1960-cı ildə anadan olub. 2006-2013-cü illərdə Osnabrük şəhərinin meri, 2013-cü ildən isə Aşağı Saksoniya Daxili İşlər Nazirliyinin rəhbəridir. O, Almaniya Sosial Demokrat Partiyasının üzvüdür.

19-01-2023, 13:48
Geriyə